UEFA Çempionlar Liqasında 2024/2025 mövsümünün ən yaxşı futbolçusu bəlli olub.
Fanat.Az xəbər verir ki, məlumatı UEFA-nın mətbuat xidməti yayıb.
Bu, PSJ-nin cinah hücumçusu Usman Dembeledir.
Fransalı vinger qitənin ən nüfuzlu klub turnirində 15 natça çıxaraq 8 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, Dembelenin komandası mayın 31-də UEFA Çempionlar Liqasının finalında “İnter”i 5:0 hesabı ilə məğlub edib. Parislilər tarixlərində ilk dəfə ÇL-in qalibi olublar.