PSJ-nin mərkəz müdafiəçisi Villian Paço Ekvador futbolunun tarixinə düşüb.
Fanat.Az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının qalibi adını qazanan ilk ekvadorlu olub.
Paço finalında "İnter"i 5:0 hesabı ilə darmadağın etdikləri turnirdə 17 matça çıxıb.
Xatırladaq ki, PSJ tarixində ilk dəfə ÇL-in qalibi adını qazanıb. Paris klubundan öncə qitənin ən nüfuzlu klubunda qələbə qazanan Fransa təmsilçisi "Olimpik Marsel" olmuşdu. Marsel komandası bu uğura 1993-cü ildə imza atmışdı.
Nihat