Mövsümün sonunda "Şamaxı"dan ayrılan və karyerasını bitirən qapıçı Kamal Bayramov gileylənib. O, Azərbaycan futboluna xidmət etdiyi üçün üzüldüyünü bildirib.
Fanat.Az xəbər verir ki, sabiq qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
"Sual edirlər, illərdir futbolda nəyə sevindim, nəyə üzüldün? Sevindiyim məqam azdır. Üzülürəm ki, Azərbaycan futboluna şərəflə xidmət etmişəm".
Xatırladaq ki, 39 yaşlı veteran geridə qalan mövsümdə "Şamaxı" forması ilə 1 oyun keçirib.