"Mançester Yunayted"in kapitanı və yarımmüdafiəçisi Brunu Fernandeş gələcək karyerası ilə bağlı qərarını qətiləşdirib.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Məlumata görə, portuqaliyalı futbolçu Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal"dan aldığı ağlasığmaz təklifi geri çevirib. Mənbə Fernandeşin Avropada oynamaq istədiyini vurğulayıb.
Qeyd edək ki, geridə qalan mövsümdə bütün turnirlərdə 57 matça çıxan Brunu 19 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfemarkt" portalı Fernandeşin transfer qiymətini 50 milyon avro ilə dəyərləndirir.
Nihat