Topaz Premyer Liqasının II turunda "Araz Naxçıvan"la üz-üzə gələcək "Qəbələ" doğma məkanda matçın hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, günü bir məşqlə yekunlaşdıran komanda məşq boyunca toplu və topsuz çalışmalar yerinə yetirib.
Dorinel Muntyanunun rəhbərliyi altında baş tutan hazırlıq prosesində komanda tam heyətlə iştirak edib. Məşqə ikitərəfli oyunla yekun vurulub.
Qeyd edək ki, "Qəbələ" - "Araz Naxçıvan" matçı bazar günü - avqustun 17-də keçiriləcək. Saat 20.00-da start götürəcək matç "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq.
Fanat.az