“Sumqayıt” üç futbolçusu ilə əməkdaşlığa son qoyub.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
"Kimyaçılar" müqavilə müddətləri bitən Miloş Miloviç, Momo Yansane və Rövlan Muradovla vidalaşıblar.
Klub hər üç futbolçuya göstərdiyi xidmətlərə görə ənənəvi qaydada təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.
Miloviç 2024-cü ilin sentyabrından, Yansane bu ilin yanvarından, Muradov isə 2023-cü ilin yayından "Sumqayıt"ın formasını geyinirdi.
Qeyd edək ki, "Sumqayıt" daha əvvəl baş məşqçisi Vaqif Cavadovla və futbolçu Vüqar Mustafayevlə yolları ayırıb. Mustafayev karyerasını bitirib.