"Qəbələ"dən ayrılan Marat İzmayılov Rusiyada qol hesabını açıb. Fanat.az xəbər verir ki, "Krasnodar"ın formasını geyinən 31 yaşlı yarımmüdafiəçi "Spartak"la (Moskva) oyunda qol vurub.
Start heyətində yer alan Maraq 27-ci dəqiqədə hesabı açıb. Bundan sonra daha 3 qol vuran "Krasnodar" 4:0 hesablı qələbə qahanıb. İzmayılov 55-ci dəqiqədə Vladimir Bıstrov tərəfindən əvəzlənib.
Qeyd edək ki, Marat 2013/14 mövsümünün ikinci yarısında "Qəbələ"də çıxış edib. Rusiya millisinin sabiq üzvü ölkəmizdə 18 oyuna çıxıb, 1371 dəqiqə oynayıb və 2 qol vurub.
Fanat.az