"Sumayıt"dan ayrılan Rövlan Muradov sosial şəbəkə hesabında bu barədə paylaşım edib.
Fanat.Az xəbər verir ki, 27 yaşlı oyunçu "kimyaçılar"ın sıralarında keçirdiyi iki mövsümün yaddaqalan olduğunu bildirib:
"Sumqayıt ailəsindən hər kəsə salamlar. Vidalaşmaq vaxtıdır. Sizinlə keçirdiyim iki mövsüm karyeramda yaddaqalan və unudulmaz anlarla dolu oldu. Əməyi keçən və əziyyət çəkən hər kəsə təşəkkür edirəm, sizə uğurlar arzulayıram".
Qeyd edək ki, "Sumqayıt" bu gün Rövlan Muradovla yanaşı, Miloş Miloviç, Momo Yansane ilə də əməkdaşlığa son qoyduğunu açıqlayıb.