"Latsio"nun kapitanı Mattia Zakkanyi bu yay iş yerini dəyişə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Football Italia" yayıb.
29 yaşlı vingerin xidmətində A Seriyasının son qalibi "Napoli"nin maraqlı olduğu bildirilib. Mənbə Zakkanyinin qışdan bəri Neapol klubu ilə danışıq apardığını açıqlayıb.
Qeyd edək ki, Mattia ötən ilin aprelində "Latsio" ilə müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə imzalayıb. Cari mövsüm bütün turnirlərdə 46 matça çıxan cinah hücumçusu 10 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat