Simone İnzagi "İnter"dən ayrıldığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, Milan klubu öz saytında məşqçinin vida məktubunu dərc edib.
"Hər şeyimi verdiyim dörd illik yolun sonunda bu klubla vidalaşmağın vaxtı gəldi. Hər gün ilk və son fikirlərimi "İnter"ə həsr etmişəm. Bunun müqabilində oyunçulardan, menecerlərdən və klubun hər bir əməkdaşından peşəkarlıq və həvəs almışam".
İnzaqi "İnter"lə altı kubok, o cümlədən bir çempionluq titulu qazandığını qeyd edib.
Simone İnzaqinin tezliklə Səudiyyə Ərəbistanında "Əl-Hilal"a rəhbərlik edəcəyi gözlənilir.
Xatırladaq ki, A seriyasının başa çatan mövsümündə “İnter” ikinci yeri tutub. Komanda Çempionlar Liqasının finalına yüksəlib və burada PSJ-yə 0:5 hesabı ilə uduzub.
Mirağa