"Brayton"un ekvadorlu müdafiəçisi Pervis Estupinyan karyerasını Avropa nəhənglərindən birində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Caught Offside" yayıb.
Məlumata görə, onun xidmətində "Mançester Yunayted", "Çelsi", "Milan" və "Tottenhem" maraqlıdır. Mənbə "qağayılar"ın 27 yaşlı oyunçunu 40-45 milyon avroya satmağı hədəflədiklərini bildirib.
Qeyd edək ki, geridə qalan mövsümdə bütün turnirlərdə 36 matça çıxan Estupinyan 1 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı cənubi amerikalının transfer qiymətini 30 milyon avro ilə dəyərləndirir.
Nihat