Azərbaycan Premyer Liqasının debütantı "İmişli" klubunun ətrafında maraqlı hadisələr cərəyan edir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, növbəti mövsüm ev oyunlarını Ağsuda keçirəcək Aran təmsilçisi adını da dəyişə bilər.
Klub ümumiyyətlə, Ağsunu təmsil etməyi planlaşdırır. Rəhbərlik "İmişli"nin adını dəyişib "Ağsu" adı altında çıxış etmək variantını götür-qoy edir.
Məlumatı klubdan dəqiqləşdirməyə çalışsaq da, istəyimiz alınmadı.
Qeyd edək ki, "İmişli" Birinci Liqanı ikinci yerdə başa vuraraq növbəti mövsüm Premyer Liqaya vəsiqə qazanıb.
Mirağa