Mövsümün ikinci yarısını icarə əsasında "Aston Villa"da keçirən PSJ-nin yarımmüdafiəçisi Marko Asensio Paris klubunun növbəti mövsüm üçün planlarına daxil deyil.
Fanat.Az xəbər verir ki, informasiyanı "Footmercato" yayıb.
Mənbənin məlumatına görə, PSJ onu transferə çıxarılacaq futbolçuların siyahısına daxil edib və 20 milyon avro qiymət müəyyənləşdirib. "Aston Villa"nın 29 yaşlı ispaniyalını daimi əsasda saxlamaq niyyətində olduğu, Birmingem klubunun 29 yaşlı cinah hücumçusunun transfer hüquqlarına yiyələnmək üçün hərəkətə keçdiyi vurğulanıb.
Asensio İngiltərə klubunun heyətində cari mövsüm bütün turnirlərdə 21 oyun keçirib, 8 qol vurub və 1 məhsuldar ötürmə edib. O, 2024/25 mövsümünün ilk yarısında PSJ-nin heyətində 16 oyuna çıxıb və 2 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Mirağa