"Yuri Syomin məni "Mordoviya"ya da çağırmışdı. Amma razılaşmadım. Səbəb kimi çoxlu nüanslar göstərmək olar. Amma əsas səbəb "Mordoviya"nın süni örtüklü meydanda oynamasıdı. Bu isə mənim üçün arzuolunan deyil". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin sabiq üzvü Marat İzmayılov deyib.
Hazırda "Krasnodar"da çıxış edən rus futbolçu "Qəbələ"dəki çıxışını da xatırlayıb: "Qəbələ"də Syominlə işbirliyimizin ideal alındığını deyə bilərəm. O, mənə həmişəki kimi, diqqət və hörmətlə yanaşırdı. Karyeramın həmin dönəmini sevinclə xatırlayıram. Çox şadam ki, belə bir futbol və həyat təcrübəsi qazandım".
Fanat.az