"Araz Naxçıvan" Premyer Liqanın II turunda "Qəbələ" ilə keçirəcəyi oyunun hazırlıqlarını davam etdirir. Klubun mətbuat xidmətindən Fanat.az-a bildirilib ki, hazırda heyətdə bir zədəli futbolçu var.
Belə ki, Hüseyn Axundov zədədən əziyyət çəkir. İlk turda da oynamayan futbolçu bu dəfə də meydana çıxa bilməyəcək.
Qeyd edək ki, "Qəbələ" - "Araz Naxçıvan" oyunu bazar günü Qəbələ şəhər stadionunda keçiriləcək və saat 20.00-da başlayacaq.
Fanat.az