Avqustun 17-dək 20-ə qədər Bakı şəhərində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Fanat.az xəbər verir ki, toplanışa dəvət olunmuş futbolçuların siyahısı açıqlanıb.
Baş məşqçi Bernhard Lippert yığmaya 3 legioner dəvət edib. Belə ki, Türkiyənin "Qaziantep BB" klubundan Rəhman Hacıyev, Rusiya "Ural"ından Elbəyi Quliyev və Ukrayna "Dnepr"indən Bayram Budaqov toplanışa çağırılıb.
Qeyd edək ki, "Araz Naxçıvan", "Simurq" və "Qəbələ"nin futbolçuları komandaya Topaz Premyer Liqasının II turundan sonra qoşulacaq.
Orxan Əliyev | Sumqayıt |
Təvəkkül Məmmədov | Sumqayıt |
Tərzin Cahangirov | Sumqayıt |
Bəxtiyar Həsənalızadə | Sumqayıt |
Andriy Popoviç | Sumqayıt |
Şahrudin Məhəmmədəliyev | Sumqayıt |
Maqomed Kurbanov | Sumqayıt |
Ceyhun Cavadov | Sumqayıt |
Slavik Alxasov | Sumqayıt |
Urfan Abbasov | Qəbələ |
Elvin Camalov | Qəbələ |
Murad Musayev | Qəbələ |
Ağabala Ramazanov | Xəzər Lənkəran |
Orxan Sadıqlı | Xəzər Lənkəran |
Azər Salahlı | İnter |
Fuad Bayramov | İnter |
Rəşad Eyyubov | Simurq |
Vadim Abdullayev | Simurq |
Azad Kərimov | Bakı |
Tural Hümbətov | Araz-Naxçıvan |
Rəhman Hacıyev | Qaziantep BB (Türkiyə) |
Elbəyi Quliyev | Ural (Rusiya) |
Bayram Budaqov | Dnepr (Ukrayna) |
Fanat.az