Azərbaycan Futzal Federasiyasının inzibati binasında cari mövsümdə Yüksək liqada iştirak etmək istəyən klubların iştirakı ilə görüş keçirilib. Fanat.az xəbər verir ki, qurum rəhbərliyinin keçirdiyi toplantida 8 komandanın rəsmisi iştirak edib.
"Araz", "Neftçi", "Fənərbaxça", "Ekol", "Baku Fleyms", "Khazar İslands", "Qarabağ" və "Baku Fayrs" klublarının iştirak etdiyi tədbirdə qərara alınıb ki, sentyabrın ilk həftəsində püşkatma keçirilsin.
Qeyd edək ki, 2014-2015 mövsümü sentyabrın ortasında start götürəcək.
Fanat.az