Bu gün və sabah Topaz Premyer Liqasının II turunun oyunları keçiriləcək. Fanat.az xəbər verir ki, Azərbaycan milli komandasının məşqçilər korpusu 4 oyunu canlı izləyəcək.
Baş məşqçi Berti Foqts bu gün keçiriləcək "Xəzər Lənkəran" - "Sumqayıt", qapıçılar üzrə məşqçi Ulrix Ştayn "Qarabağ" - "İnter" oyununda olacaq. Məşqçi Aslan Kərimov sabah oynanılacaq "Simurq" - AZAL, Mahmud Qurbanov isə "Qəbələ" - "Araz-Naxçıvan" qarşılaşmaları izləyəcək.
Fanat.az