Bu gün keçiriləcək Azərbaycan Premyer Liqasının "Qəbələ" - "Araz Naxçıvan" oyununun anonsu biabırçı şəkildə hazırlanıb. Fanat.az xəbər verir ki, oyun üçün hazırlanan sərlövhədə "Qəbələ" (Azərbaycan) - "Araz Naxçıvan" (Naxçıvan) ifadəsi işlədilib.
Bu naxçıvanlıların mətbuat katibi Ceyhun Məmmədovun etirazına səbəb olub. Belə ki, klub rəsmisi rəsmi "Facebook" səhifəsində "Elə bil "Qəbələ" Çempionlar Liqası və ya Avropa Liqasında çıxış edir. Rəqibi də hansısa ölkənin klubudu. Buna xeyli güldüm" statusunu paylaşıb.
Fanat.az