Topaz Premyer Liqasının 2-ci turunda “Qəbələ” öz meydanında “Araz Naxçıvan”la qarşılaşdı. Fanat.az xəbər verir ki, rəqibini 1:0 hesabı ilə məğlub edən “Qəbələ”nin baş məşqçisi Dorinel Muntyanu komandasının mövsümdə ilk qələbəsini şərh edib:
“Komandamın ünvanına yalnız xoş sözlər deyə bilərəm. Çox çalışdıq, yaxşı oynadıq və qələbə qazandıq. İlk hissənin başlanğıcında rəqibə daha rahat oynamağa imkan verdik. Lakin qol vurduqdan sonra komanda öz oyununu göstərməyə başladı. İkinci qolu da vurub oyunda nöqtəni qoya bilərdik. Təəssüf ki, bunu bacarmadıq. İkinci hissədə hesabı qoruduğumuz üçün müdafiəyə çox çəkildik. Bununla bağlı komanda ilə söhbət edəcəyəm”.
Fanat.az