Topaz Premyer Liqasının 2-ci turunda “Araz Naxçıvan” səfərdə “Qəbələ”yə buraxdığı yeganə qolla uduzdu. Naxçıvan təmsilçisinin baş məşqçisi Əsgər Abdullayev çempionatda aldıqları ilk məğlubiyyəti şərh edib:
"Qəbələ”ni təbrik edirəm. Rəqibin cinahlardan oyun quracağını bilirdik. Bunun qarşısını ala bildik. Standart vəziyyətlərdən daha çox istifadə edirdilər. Bəzi epizodlarda bunun qarşısını ala bildik, bəzi epizodlarda isə səhvlər oldu. Görüləsi işlərimiz çoxdur, çalışacağıq ki, gələcəkdə daha yaxşı oyun göstərək. İlk hissənin başlanğıcında yaratdığımız qol epizodundan istifadə edə bilsəydik, oyunu tam dəyişərdik. Hər iki komanda sona kimi mübarizə apardı. Hər halda, məğlubiyyətlə barışmadığımızı göstərdik”.
Fanat.az