"Portu" klubu İtaliya təmsilçisi "Yuventus"un Fransişku Konseysau üçün göndərdiyi təklifi geri çevirib.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, "ağ-qaralar" cinah hücumçusunu 30 milyon avrodan aşağı məbləğə almaq istədiyinə görə rədd cavabı alıb.
"Portu" futbolçunu daha yüksək məbləğə satmaq niyyətindədir.
Qeyd edək ki, Portuqaliya millisinin üzvü icarə əsasında Turin klubunun formasını geyinir. Onun müqaviləsinin müddəti iyulun 15-də başa çatacaq. Konseysau "Yuventus"da 39 matça çıxaraq 7 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.