"Qəbələ" Kristian Pulhakla yollarını ayırıb. Fanat.az xəbər verir ki, bu barədə rumın futbolçu özü məlumat verib.
Rumıniya mətbuatına açıqlama verən Pulhak vətənə dönmək qərarına gəldiyini deyib: "Qəbələ" ilə müqaviləm bu ilin dekabrında başa çatacaqdı. Lakin mən müqavilənin pozulmasına və vətənə qayıtmağa üstünlük verdim".
Qeyd edək ki, Pulhak 2013-cü ildə transfer olunduğu "Qəbələ"də cəmi 12 oyun keçirib və 897 dəqiqə oynayıb.
Fanat.az