15:53 27.06.2025 572

Yaxşı mütəxəssis çoxdur, güvənən yoxdur - Kənarda qalan yerlilər haqda yazı

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Yeni mövsümdən Misli Premyer Liqasında mübarizə aparmaq hüququ qazanan "İmişli" rəhbərliyinin baş məşqçi postuna portuqaliyalı mütəxəssis Jorje Kaşkilyanı gətirməsi futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Şübhəsiz, stadionu, infrastrukturu elitanın tələblərinə cavab verməyən, ev oyunlarını Ağsu şəhər stadionunda keçirməyə hazırlaşan mərkəzi aran təmsilçisinin yerli mütəxəssisə güvənməli olduğunu düşünənlərin öz arqumentləri var. Azərbaycanlı çalışdırıcının yüksək hədəflər uğrunda oynamayacağı öncədən bilinən komandaya daha çox fayda verəcəyini düşünənləri təbii ki, qınamağa dəyməz. Hərçənd qərarı klub rəhbərliyi verir və son iş yeri Çexiyanın 3-cü lliqa təmsilçisi "Znojmo" olan (9 oyundan sonra istefaya göndərilib) Kaşkilyanın "İmişli"dəki fəaliyyətinin nə dərəcədə uğurlu alınacağını yalnız zaman göstərə bilər. Bu başqa məsələ ki, hazırda ölkəmizdə işsiz məşqçilərin sayı kifayət qədər çoxdur və onlar arasında bacarıqlı çalışdırıcı olduğunu sübut etmiş mütəxəssislər də az deyil. Bu yazıda hazırda işləməyən azərbaycanlı məşqçiləri nəzərdə keçirəcəyik. 

Təqaüdçüləri bir kənara qoysaq...

Ağasəlim Mircavadov, Əsgər Abdullayev, Vaqif Sadıqov və Böyükağa Ağayev kimi daha yaşlı mütəxəssislərin kənarda qalması o qədər də təəccüblü deyil. Müasir futbolla ayaqlaşa bilmək üçün davamlı mütaliə, yeniliklərlə tanış olmaq olduqca vacib şərtdir. Mircavadovların, sadıqovların, ağayevlərin artıq bu yöndə inkişaf edəcək yaşları deyil. Əlbəttə, təcrübə də yetərincə ciddi məqamdır. Lakin adları çəkilən futbol adamlarının son 10 ildə futbol klublarında ortaya iş qoyduqlarına şahidlik etməmişik. Doğrudur, yaşı daha az olanlardan Əsgər bəyin 2023/2024 mövsümündə "İmişli"də çalışdığını bilirik. Komanda onun rəhbərliyi altında 1-ci liqanı 47 xalla 4-cü pillədə başa vurmuş, hədəflərinə çatmağı bacarmamışdı.

Bacarığına şübhə olmayan Əhmədov

Azərbaycan millisinin sabiq kapitanının məşqçilik bacarığına şübhə yoxdur. Tərlah Əhmədov hələ "Neftçi"də, mərhum Böyükağa Hacıyevin köməkçisi olduğu dönəmdə fərasətini ortaya qoymuş, komandanın ölkə futbolu tariixndə ilk dəfə 2012-ci ildə Avropa Liqasının qrupuna düşməsində böyük pay sahibi olmuşdu. Tərlan bəyin sonradan ciddi maliyyə problemi yaşayan AZAL-ı hansı heyətlə ayaqda saxladığı, "Keşlə"ni (indiki "Şamaxı") avrokuboklara necə daşıdığı futbolsevərlərin yaddaşından silinməyib.

Bu çalışdırıcının problemlər məngənəsində sıxılan "Kəpəz"i elitadan düşməyə qoymadığı dönəm də unudulmayıb. Əhmədovun 2022/2023 mövsümündə "sarı-göylər"in "sükanı arxası"nda ortaya qoyduğu performans mütləq vurğulanmalıdır. O komandanı o büdcə ilə elitada saxlamaq hər mütəxəssisin işi deyildi. Belə məşqçinin indiyədək kənarda qalmasının səbəbini onun xarakteri ilə izah edənlərə gəlincə, bu da kifayət qədər mübahisəli məsələdir. 

Millidən ayrılan dünya və Avropa çempionu

2020-ci ildən Azərbaycan millisinin məşqçisi qismində fəaliyyət göstərən, 2024-cü ilin martından iyununadək yığmanın müvəqqəti baş məşqçisi olan Arif Əsədovun U-21 seçməsinin "sükanı arxası"na gətiriləcəyi gözlənilsə də, AFFA üstünlüyü "Şamaxı"nın çalışdırıcısı Ayxan Abbasova vermək qərarına gəldi. Razılaşaq ki, italiyalı Canni De Byazinin yığmanın baş məşqçi postunu tərk etməsindən sonra müəyyən zaman kəsiyində onun funksiyasını yerinə yetirən Arif bəyin dönəmində seçməmiz yaxşı çıxışla yadda qaldı.

Futbolçu kimi dünya və Avropa çempionu adını qazanmış Əsədov hazırda UEFA-nın Məşqçi Kurslarında təlimatçı kimi fəaliyyətini davam etdirir. Milli bir yana, onun klubların heç birindən dəvət almaması faktdır.

Azər Bağırova şərait yaradılsa...

Azər Bağırovun 1-ci Liqadan elitaya daşıdığı "Araz-Naxçıvan"ın uzun müddətdən sonra Premyer Liqaya qayıtdığı mövsümdə qışa qədər ortaya qoyduğu futbolu və nəticələri çoxları xatırlayır. 2024-cü ilin aprelində Naxçıvan təmsilçisindən ayrılan Bağırovun yerini tutan Elmar Baxşıyev yaya qədər vəziyyəti yaxşıya doğru dəyişə bilməmişdi. Problemin Azər bəydə yox, idarəçilikdə olması qısa müddətdən sonra üzə çıxdı. O vaxt qış fasiləsində bir neçə səviyyəli transferə çox ciddi ehtiyac var idi. Təəssüf ki, "yeni qan"a ehtiyac duyulmaması vəziyyəti mənfiyə doğru dəyişdi və nəticələr pisləşdi. Bu mütəxəssisin sonradan məhdud büdcəyə malik "Kəpəz"i təhlükəli kollektivə çevirməsi, çox zəif heyətlə komandanı elitada saxlaması da bəlli həqiqətdir.

Mövsümün sonunda yeni anlaşma ilə bağlı Gəncə təmsilçisinin idarəçiləri ilə ortaq məxrəcə gələ bilməyən və postundan ayrılan 44 yaşlı çalışdırıcının normal büdcəyə malik klubda daha çox iş görəcək potensialda olduğu şübhə doğurmur. 

Diniyev və başqaları

Böyük ehtimalla, elitanı tərk edən "Səbail"in sonunu əvvəldən gördüyü üçün mövsümün gedişində "dənizçilər"lə vidalaşan Şahin Diniyevi də hesabdan silmək olmaz. İllər öncə millinin baş məşqçisi olmuş Diniyev savadlı, işini bilən mütəxəssislərdəndir.

Düzdür, o da Azərbaycanın "pulunu balta kəsməyən" klublarında işləməyib və bu səbəbdən Şahin bəyin yaxşı büdcəyə malik ölkə təmsilçilərində nə ilə yadda qala biləcəyini incələmək ayrıca yazı mövzusudur.  Ancaq "Kəpəz"in çempionatda "Gəncə" adı ilə mübarizə apardığı dönəmdə Şahin bəyin qərbliləri "bərk qoz"a çevirdiyi faktdır. Hə, 2023/2024 mövsümündə "Səbail" onun rəhbərliyi altında ciddi uğur qazanmadı, lakin bu o demək deyil ki, artıq Diniyevi də təqaüdçülər sırasında görməliyik. 

Siyahını uzatmaq, daha çox sayda mütəxəssis adı çəkmək olar. Məsələn, AFFA Region Liqasından "Haypers"i 2-ci Liqaya daşıyan, ardından isə "Şəmkir"lə 1-ci Liqaya vəsiqə uğrunda pley-off oynamağa çox yaxın olan B kateqoriyalı Vüqar Nadirov da yaxşı perspektiv vəd edir. Ötən mövsüm "Sumqayıt"la elitada çalışmaq fürsəti qazanan digər gənc məşqçi Vaqif Cavadovun da müəyyən təcrübə toplayandan sonra yaxşı karyera qurmaq şansı var. Əsas odur ki, belələrinə güvənənlər olsun. 

Nihat Ağasoy

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

01 İyul 2025
09:00

"Mançester Siti" "Əl-Hilal"la bacarmadı

01:05

Klublararası dünya çempionatı: "İnter"i İtaliyaya erkən göndərdilər

30 İyun 2025
23:50

Azərbaycanın 3 güləşçisi finala yüksəldi

23:15

Arda Turan "Fənərbağça"nın 2 futbolçusunu "Şaxtyor"a aparır - SON DURUM

22:41

"Biz bu mövsüm PSJ-ni artıq bir dəfə yenmişiksə..." - Leon Qoretska

22:02

Premyer Liqa klubu 5 futbolçu ilə yollarını ayırdı - ADLAR

21:40

Rəşad Sadıqov "Qarabağ"la oyundan nə danışdı?

21:14

"Futbolçuların hazırlıq səviyyəsi tam qaydasında deyil" - Qurban Qurbanov

20:55

"Milan" millinin üzvü ilə vidalaşdı

20:07

"Qarabağ" "Zirə"yə böyük hesabla qalib gəldi

19:49

Azərbaycan idmançısı Xorvatiyada medal qazandı

19:20

"Portu"nu italiyalı məşqçi çalışdıracaq

18:51

"Qocalıram, 23 yaşımın olduğuna inana bilmirəm" - Qvardiol

18:15

"Sabah"ın rəqibi yeni transfer reallaşdırdı

17:45

"Buna görə də ikinci yarıda daha cəsarətliydik" - Jordi Alba

17:28

Azərbaycan millisinin hücumçusu Polşa klubundan ayrıldı

17:09

Poqba "Monako"nu seçməsinin səbəbini belə izah etdi

16:51

UEFA iki klubu avrokuboklardan kənarlaşdırdı

16:33

Aspilikueta "Atletiko Madrid"i tərk etdi - RƏSMİ

16:15

"İnter"in daha bir ulduzu sıradan çıxdı - AÇIQLAMA

15:41

"İndi bütün diqqətimiz PSJ ilə oyuna yönəlib"

15:22

Maskerano PSJ-yə darmadağını şərh etdi - "Fərq nəzərə çarpırdı"

15:03

Azərbaycan millisinin Türkiyə toplanışı başa çatdı

14:45

"Sabah" legioneri ilə vidalaşdı

14:26

Azərbaycanlı hakim dünya çempionatına təyinat aldı

14:07

Amerikalı qadın Fransa klubunun prezidenti oldu

13:48

Dünya Kuboku: Azərbaycan gimnastlarından iki medal

13:29

İspaniya millisinin üzvü İtaliya yolunda - Danışıqlar başladı

13:10

"Neftçi" yeni sponsorluq müqaviləsi bağladı

12:52

"Bu, fəlakət olacaq, tükənəcəyik, klublararası dünya çempionatı bizi məhv edəcək" - Qvardiola

12:17

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:58

Gəncə komandası braziliyalı baş məşqçi ilə anlaşdı

11:40

"Kəpəz" daha 3 futbolçusu ilə vidalaşdı

11:22

"Onunla bağlı heç bir şübhəm yox idi" - Luis Enrike

11:03

Azərbaycan boksçusu beynəlxalq turnirdə gümüş medal qazandı

10:44

Xilaskar məşqçi qovuldu - "Bu, ayıbdır"

10:25

"Qarabağ"la "Zirə" sınaq matçında qarşılaşırlar

09:45

Kristensen "Barsa"dan getmək istəmir

09:23

Klublararası dünya çempionatı: "İnter" braziliyalılarla, "Mançester Siti" ərəblərlə qarşılaşır

09:00

"Messi komanda yoldaşlarıyla yox, heykəllərlə oynayır" - Zlatan İbrahimoviç

Facebookdan bizi izləməyi unutmayın.
X