"Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanunun əvəzedici heyətə göndərdiyi Dodo daha bir cəzaya məruz qalıb. Fanat.az xəbər verir ki, əvəzedici heyətlərin II turunun “Qəbələ” - “Araz Naxçıvan” matçının 90+1-ci dəqiqəsində braziliyalı rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb.
AFFA İntizam Komitəsi onu 3 oyunluq cəzalandırıb. "Qəbələ" isə 1000 manat cərimə olunub.
"Simurq" isə AZAL-la oyunda 5 futbolçusu sarı vərəqə aldığından 500 manat ödəyəcək.
Fanat.az