AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın II turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Xəzər Lənkəran"ın qapıçısı Orxan Sadıqlı 1 oyunluq cəzalandırılıb, klubu 200 manat cərimə edilib. Buna səbəb qolkiperin "Sumqayıt"la matçın 38-ci dəqiqəsində sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alması olub.
AFFA "Sumqayıt"la "Bakı"nı da cərimələyib. "Sumqayıt" "Xəzər Lənkəran"la oyunda 5, "Bakı" "Neftçi" ilə matçda 4 futbolçusu sarı vərəqə aldığından 1000 manat ödəyəcək.
Fanat.az