Dünən "Sumqayıt"da klubdaxili iclas keçirilib. Fanat.az xəbər verir ki, klub rəhbərliyininin iştirakı ilə baş tutan toplantıda əvəzedici komandanın baş məşqçisi Samir Abbasova ciddi xəbərdarlıq edilib.
Qeyd edək ki, Abbasov "Xəzər Lənkəran"la oyunda hakimləri təhqir etdiyinə görə AFFA İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalandırılıb, klub 2500 manat cərimə olunub. Klubdaxili iclasda belə halın bir daha baş verməməsi tapşırığı verilib.
Fanat.az