"Xəzər Lənkəran"ın qapıçı transferi ilə bağlı hələlik heç bir yenilik yoxdu. Fanat.az xəbər verir ki, Lənkəran klubu hazırda heyətinə qatmaq istədiyi əcnəbi qolkiperlə danışıqları davam etdirir.
Bu arada "Simurq"la III turun oyununda qapını kimin qoruyacağı müəyyənləşib. Belə ki, baş məşqçi Oğuz Çətin start heyətində 19 yaşlı Tərlan Qasımzadəyə şans verəcək. Ehtiyat oyunçular skamiyasında isə əvəzedici heyətin 17 yaşlı qapıçısı Turan Hüseynzadə oturacaq.
Qeyd edək ki, "Xəzər Lənkəran"ın əsas qapıçısı Orxan Sadıqlı "Sumqayıt"la oyunda qırmızı vərəqə alıb. AFFA İntizam Komitəsi onu bir oyunluq cəzalandırıb.
Fanat.az