Nikolas Kanalesin "Partizan"a qarşı oynaması üçün heç bir problem qalmayıb. Fanat.az xəbər verir ki, "Neftçi" ötən gün transfer vərəqi gələn forvardı sifariş edib.
Artıq UEFA çilili futbolçununu qeydiyyata alıb. Kanalesin adı "Neftçi"nin qurumun rəsmi saytına yerləşdirilmiş siyahısına salınıb.
"Neftçi" Kanalesi Premyer Liqa üçün də sifariş edib. Belə ki, Peşəkar Futbol Liqası futbolçunun adını rəsmi saytındakı siyahıya salıb. Forvard 11 nömrəli formanı geyinəcək.
Fanat.az