"Qəbələ"dən ayrılan Amit Quluzadənin yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, milli komandamızın sabiq üzvü karyerasını Portuqaliyada davam etdirəcək.
Belə ki, Amit Lissabon "Atletiko"suna keçib. Futbolçumuz Lissabonun Alkantara qəsəbəsini təmsil edən klubla 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Amitin son mş yeri "Qəbələ" olub. O, əvvəllər "Neftçi", "Rəvan" və Türkiyənin "Kayseri Erciyəsspor" klublarında çıxış edib. U-17, U-19 və U-21 yığmalarında çıxış etmiş 22 yaşlı yarımmüdafiəçi A millinin heyətində 3 oyuna çıxıb.
Quluzadənin yeni klubu Portuqaliya çempionatının 1-ci dəstəsində - Sequnda Liqada çıxış edir. Komanda son mövsümdə 22-ci pilləni tutub. Bu liqada artıq 2014-15 mövsümün iki oyunu arxada qalıb. "Atletiko" "Freamunde"yə uduzub (2:2) və "Çaves"lə heç-heçə (2:2) oynayaraq 1 xal qazanıb və 18-ci pilləni tutur. "Bakı"nın sabiq üzvü İbrahim Karqbo da bu klubda çıxış edir.
Fanat.az