"Bakıda çox gözəl bir gündü. Biz isə bir qədər həyəcanlıyıq. Çalışacağıq ki, layiqli oyun göstərək". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Tvente"nin baş məşqçisi Alfred Şroyder deyib
"Qarabağ" sabah "Tvente" ilə qarşılaşacaq. Rəqibin baş məşqçisi bu gün mətbuat konfransı keçirərək fikirlərini bildirib: "Qarabağ" beş il öncə də güclü idi. Amma indi daha təcrübəli komanda olub, daha güclənib. Bu, bizi narahat edir. Bizə çətin olacaq. Bir zədəli futbolçumuz var. Qalanlarında hər şey qaydasındadı".
Şroyder "Tvente"nin əvvəlki illərə nisbətən zəifləməsi, "Qarabağ"ın favorit hesab olunması barədə fikirlərlə razı deyil: "Mən belə düşünmürəm. Belə sözləri eşitməmişəm də".
41 yaşlı çalışdırıcı "Qarabağ"ın heyəti barədə məlumatlı olduğunu söyləyib: "Qarabağ”ın heyətindən məlumatım var. Leroy Corcu tanıyırıq. Almeyda və Reynaldo da məşhurdu. Onlar bizə problem yarada bilərlər. Danilo Diası da qeyd edərdim. Özüm hücumçuyam. 2 mərkəz müdafiəçisi ilə duelimin asan olmayacağını bilirəm. Onlar yaxşı futbolçulardı. Biz sabah qələbə qazanmalıyıq. Mənim qol vurmağımın elə də fərqi yoxdu".
Şroyder Qarabağla danışmaq istəməyib: "Bilirik ki, "Qarabağ" paytaxtı yox, Ağdamı təmsil edən komandadı. Ev oyunlarını da Ağdamda yox, Bakıda keçirmələrinin səbəbindən xəbərdarıq. Amma mən daha çox futboldan danışmaq istərdim".
Baş məşqçi "Qarabağ"a məğlub olsaz, bu, Hollandiyada necə qarşılanacaq" sualına da cavab verib: "Rəqibə hörmətlə yanaşırıq. Son nəticələr Hollandiyada da məlumdu. Uduzsaq, bu, sensasiya sayılmayacaq. Ölkəmizdə bunu normal qarşılayarlar.
Fanat.az