“Partizan”ı yaxşı yanıyırıq, ciddi rəqibdi, güclü futbolçuları var. Bu rəqiblə 2 il əvvəl qarşılaşmışdıq. Üstəlik, komandanın son oyunlarını da izləmişəm. Bu “Partizan” 2 il əvvəlkindən qat-qat güclüdü". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
Bu gün Avropa Liqasının pley-off mərhələsində "Partizan"ın qonağı olacaq "Neftçi"nin çalışdırıcısı Belqradda mətbuat konfransı keçirib. Hacıyev cütün taleyinin cavab matçında həll olunacağını bildirib: "Fikrimcə, cütün taleyi Bakıdakı oyunda həll olunacaq. Komandamıza inanıram. Ümid edirəm ki, azarkeşlər sabah maraqlı qarşılaşmanın şahidi olacaqlar".
Fanat.az