"Qəbələ"dən ayrılan Yannik Kamanan karyerasını Cənubi Kiprdə davam etdirəcək. Fanat.az xəbər verir ki, fransalı futbolçu "Ermis" (Aradippou) klubu ilə anlaşıb. Rəsmi müqavilə yaxın günlərdə imzalanacaq.
Qeyd edək ki, 2012-ci ildən "Qəbələ"də çıxış edən Kamanan Yuri Syomin tərəfindən 2013/14 mövsümünün gedişində komandadan kənarlaşdırılıb. O, ölkəmizdə 68 oyun keçirib və 17 qol vurub. 32 yaşlı hücumçu əvvəllər İngiltərənin "Tottenhem", Fransanın "Strasburq", "Dijon", "Ayaçço", Belçikanın "Oostende", İsveçrənin "Şaffhausen", İsrailin "Makkabi" (Herzliya və Təl Əviv), Türkiyənin "Sivasspor" və "Mersin İdman Yurdu" klublarında çıxış edib.
Fanat.az