Topaz Premyer Liqasıın III turunda "Xəzər Lənkəran"la üz-üzə gələcək "Simurq" hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, dünən axşam saatlarında növbəti məşqinə çıxan "Simurq" əsasən taktiki ağırlıqlı çalışmaları yerinə yetirib.
Yığmanın düşərgəsində olan futbolçuların da geri qayıtmasından sonra Zaqatala təmsilçisi yenidən hazırlıqları tam heyətdə davam etdirib. Hazırda zədəli futbolçunun olmaması məşqçilər korpusunu sevindirən amillərdəndi.
Qeyd edək ki, sabah "Simurq" son məşqinə çıxacaq. Zaqatala klubu bundan sonra istirahətə çəkilərək, qarşılaşmanın başlama vaxtını gözləyəcək. Görüş avqustun 24-ü, saat 19.00-da start götürəcək və "İdman Azərbaycan" kanalı vasitəsilə canlı yayımlanacaq.
Fanat.az