Bu gün Topaz Premyer Liqasında III tura start verilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Günün yeganə oyununda "Bakı" "Qəbələ"ni qəbul edib. Bölgə təmsilçisi 2:0 hesablı qələbə qazanıb. Viktor Mendi 78-cm dəqiqədə hesabı açıb. Son dəqiqədə isə Ruslan Abışov fərqlənib.
Qeyd edək ki, turun iki oyunu sabah keçiriləcək. "Simurq" "Xəzər Lənkəran"ı, "İnter" "Sumqayıt"ı qəbul edəcək. "Araz Naxçıvan" - "Qarabağ" və AZAL - "Neftçi" oyunları isə təxirə salınıb.
Premyer Liqa
2014/15 mövsümü
I dövrə, III tur
23 avqust
Bakı - Qəbələ 0:2
Qollar: Viktor Mendi, 78. Ruslan Abışov, 90.
Bakı: 1. Aqil Məmmədov (k), 3. Yure Travner, 6. Vüqar Bəybalayev (15. Azad Kərimov, 88), 7. Nuran Qurbanov, 8. Mario Lukas Horvat, 10. Nurlan Novruzov, 18. Əziz Quliyev (11. Tural Qürbətov, 68), 19. Elton Hüseynov, 21. Elşad Manafov, 22. Risto Ristoviç (17. Elmin Əsgərli, 83), 37. Mikayıl Rəhimov.
Ehtiyat oyunçular: 12. Elxan Əhmədov, 4. Ülvi Süleymanov, 20. Valeh Seyidov, 55. Aydın Mustafazadə.
Baş məşqçi: İbrahim Uzunca.
Qəbələ: 1. Kamran Ağayev (k), 7. Ruslan Əmircanov, 8. Markus Vidal (11. Andrey Kristea, 68), 12. Aleksandr Benqa, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov, 21. Yazalde Pinto (9. Viktor Mendi, 58), 25. Adrian Ropotan, 26. Pavol Farkas, 34. Ürfan Abbasov, 90. Ekiqo Ehiosun (4. Elvin Camalov, 90).
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 16. Ruslan Tağızadə, 36. Elnur Allahverdiyev, 44. Rafael Santos.
Baş məşqçi: Dorinel Muntyanu.
Sarı vərəqələr: Elton Hüseynov, 58 (qeyri-idman hərəkəti) - Andrey Kristea, 86 (qeyri-idman hərəkəti).
Qollar: Viktor Mendi, 78. Ruslan Abışov, 90.
Hakimlər: Vüsal Əliyev, Rza Məmmədov, Cavanşir Yusifov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
"Bakı"nın təlim-məşq bazasının stadionu. 500 manat.
№ | Klub | O | Q | H/H | M | T/F | X |
1 | Sumqayıt | 2 | 2 | 0 | 0 | 4:0 | 6 |
2 | Qəbələ | 3 | 2 | 0 | 1 | 3:4 | 6 |
3 | İnter | 2 | 1 | 1 | 0 | 4:0 | 4 |
4 | Araz N | 2 | 1 | 0 | 1 | 3:1 | 3 |
5 | Simurq | 1 | 1 | 0 | 0 | 2:0 | 3 |
6 | Neftçi | 2 | 1 | 0 | 1 | 1:3 | 3 |
7 | Xəzər L | 2 | 0 | 1 | 1 | 1:2 | 1 |
8 | AZAL | 2 | 0 | 1 | 1 | 1:3 | 1 |
9 | Qarabağ | 2 | 0 | 1 | 1 | 0:3 | 1 |
10 | Bakı | 2 | 0 | 0 | 2 | 0:3 | 0 |
Fanat.az