Topaz Premyer Liqasının 3-cü turunda “Bakı” doğma meydanında ilk oyununa çıxdı. Fanat.az xəbər verir ki, “Qəbələ” ilə qarşılaşan paytaxt klubu ötən mövsümün bürünc mükafatçısına son dəqiqələrdə buraxdığı iki qolla məğlub oldu – 0:2.
Məğlubiyyətə baxmayaraq, "Bakı"nın baş məşqçisi yetirmələrindən razı qalıb: “Keçən həftə ilə müqayisədə daha yaxşı oynadıq. 80-ci dəqiqəyə qədər olan mübarizədən razıyam. Bu müddət ərzində rəqibə heç bir şans vermədik. Gənc bir komanda olduğumuz üçün səhvlər qaçılmazdır. Təcrübəsizlikdən meydançada tam paylaşa bilmədik. Gənc futbolçuları Azərbaycan futboluna qazandırmağa çalışacağıq”.
Fanat.az