Topaz Premyer Liqasının 3-cü turunun açılış oyununda “Qəbələ” səfərdə “Bakı”nın qonağı oldu. Fanat.az xəbər verir ki, ilk hissəsi qolsuz başa çatan qarşılaşmanın taleyini Viktor Mendi və Ruslan Abışovun oyunun son dəqiqələrində vurduğu qollar həll etdi – 2:0.
Qonaqların baş məşqçisi Dorinel Muntyanu görüşdən sonra əldə edilən qələbə ilə yanaşı, “alkaş” futbolçusundan da danışıb: “İlk növbədə komandamı təbrik etmək istəyirəm. Hava çox isti idi. Futbolçularımız bu istiyə dözərək, sona qədər mübarizə apardılar. “Bakı” ilk hissədə bizə heç bir qol imkanı vermədi. Amma ikinci hissədə öz oyunumuzu tətbiq etdik və qələbə qazandıq. Qarşıdakı oyunlarda daha yaxşı futbol oynamağa çalışacağıq. Dodo artıq 3 gündü ki, əsas komandadadı, bizimlə davam edəcək. Hesab edirəm ki, Dodo əvəzedici heyətdə keçirdiyi vaxtda səhvlərini dərk edib”.
Fanat.az