Premyer Liqanın III turu çərçivəsində keçirilməli olan “Neftçi” ilə oyun təxirə salındığından AZAL yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, Tərlan Əhmədov yetirmələrini əvəzedici komanda ilə oyunda sınayıb.
“AZAL Arena”da keçirilən matç əsas komandanın qələbəsi ilə yekunlaşıb - 5:0. Qolları Con Enrike Kordoba (2), Təmkin Xəlilzadə (2) və Viktor İbekoyi vurub.
Qeyd edək ki, bu gün istirahət edəcək komanda bazar ertəsindən etibarən 4-cü turun “Qəbələ” ilə oyunun hazırlıqlarına start verəcək.
Fanat.az