Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında Bakıda keçirilən birinci dünya çempionatında qrup mərhələsi yekunlaşdı. Azerisport.az xəbər verir ki, artıq turnirin 1/4 final mərhələsində hansı komandaların qarşılaşacağı da bəllidi.
Azərbaycan millisi yarımfinala çıxmaq üçün Bəhreynlə qarşılaşacaq. Digər oyunlarda isə Əlcəzair İraqla, Oman Qətərlə, Kamerun da Kot-Divuarla üz-üzə gələcək.
Bütün oyunlar iyulun 10-da saat 21.00-da “Dalğa Arena”, “Bayıl”, “Şəfa” və “Zirə” stadionlarında keçiriləcək.
İdman24.az