UEFA klubların yeni reytinq cədvəlini açıqlayıb. Fanat.az xəbər verir ki, siyahıda 454 klub yer alıb.
Azərbaycan təmsilçiləri arasında ən yaxşı nəticə "Neftçi"yə məxsusdu. Bir pillə geriləyən "ağ*qaralar" 191-ci olub.
"Qarabağ" (220-ci yer), "İnter" (266) və "Bakı" (345) mövqeyini qoruyub. "Xəzər Lənkəran" bir pillə irəliyərək 300-cü olub. "Qəbələ" üç (373), AZAL bir (374) pillə geriləyib.
Fanat.az