22:52 24.08.2014 603

"İnter" coşdu, "Xəzər Lənkəran" Zaqatalada uduzdu

Topaz Premyer Liqasında III turun oyunları davam etdirilib. Fanat.az xəbər verir ki, ikinci oyun günündə iki matç baş tutub.

Günün ilk oyununda "Simurq" "Xəzər Lənkəran"ı qəbul edib. "Bakı" ilk oyunu təxirə salınan Zaqatala klubu ardıcıl ikinci qələbəsini qazanıb. Ötən tur AZAL-ı yenən (2:0) "Simurq" bu dəfə "Xəzər Lənkəran"ı iki cavabsız qolla yenib - 2:0. Hesabı 44-üc dəqiqədə Draqan Çeran açıb. 61-ci dəqiqədə Rəşad Eyyubov ikinci qolu vurub. İlk qolun müəllifi 90+2-ci dəqiqədə hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alıb. 

"İnter" isə "Sumqayıt"ı qəbul edib. "İnter Arena"dakı matçda 6 qol vurulub və meydan sahibləri 5:1 hesablı qələbə qazanıb. Hesabı 6-cı dəqiqədə Abdulla Abatsiyev açıb. 20 dəqiqə sonra Nizami Hacıyev fərqlənib. 38-ci dəqiqədə Məhəmməd Qurbanov fərqi azaltsa da, 3 dəqiqə sonra Mikel Alvaro komandasının 3-cü qolunu vurub. 81-ci dəqiqədə Asif Məmmədov rəqib qapısına yol tapıb. Son nöqtəni isə 90+1-ci dəqiqədə dubl edən Mikel Alvaro qoyub.

Qeyd edək ki, turun bir oyunu dünən keçirilib və "Qəbələ" səfərdə "Bakı"nı məğlub edib - 2:0. "Araz Naxçıvan" - "Qarabağ" və AZAL - "Neftçi" oyunları təxirə salınıb.

Premyer Liqa
2013/14 mövsümü
I dövrə, III tur

24 avqust
Simurq - Xəzər Lənkəran 2:0
Qollar: Draqan Çeran, 44. Rəşad Eyyubov, 61.
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 3. Adam Banaş, 5. Vadim Abdullayev, 6. Samir Zərgərov (21. Murad Səttarlı, 90), 10. Rəşad Eyyubov 913. Ali Gökdəmir, 81), 11. Draqan Çeran, 15. Stepan Polyak (8. Patrik Osiako, 70), 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 16. Məhərrəm Hüseynov, 17. Rüstəm Məmmədov, 88. Marko Stanoyeviç.
Baş məşqçi: George Çixradze.
Xəzər Lənkəran: 12. Cahangir Həsənzadə, 3. Vanderson Skarduelli, 5. Tyeqo, 6. Rəşad Sadiqov, 8. Qalin İvanov (7. Mbilla Etame, 46), 11. Rauf Əliyev, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov (10. Elnur Abdullayev, 46), 33. Rasim Ramaldanov, 55. Ağabala Ramazanov, 63. Alfred Sanko (28. Fernando Qabriel, 75).
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 13. Aleksandr Şemonayev, 27. Manuel Skarlatake, 39. İlqar Ələkbərov.
Baş məşqçi: Oğuz Çətin.
Sarı vərəqələr: Benjamin Lambot, 5 (hakimin qərarına etiraz). Samir Zərgərov, 33 (bilərəkdən əl ilə oyun). Rəşad Eyyubov, 78 (simulyasiya) - Tyeqo, 58 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Draqan Çeran, 90+2 (hakimi təhqir etdiyinə görə).
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Mübariz Haşımov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Akif Məmmədov.
Zaqatala şəhər stadionu. 2000 tamaşaçı.

İnter - Sumqayıt 5:1
Qollar: Abdulla Abatsiyev, 6. Nizami Hacıyev, 26. Mikel Alvaro, 41; 90+1. Asif Məmmədov, 81 - Məhəmməd Qurbanov, 38.
İnter: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 7. Abdulla Abatsiyev, 8. Mikel Alvaro, 15. Yohan Bokonyano, 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 28. Baçana Tsxadadze, 80. Nizami Hacıyev, 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 6. Slavko Georgievski, 10. Elvin Məmmədov, 11. Asif Məmmədov, 27. Dieqo Madriqal, 33. Matiya Spiçiç, 91. Coşqun Diniyev.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Sumqayıt: 63. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 6. Tagim Novruzov, 7. Ruslan Poladov (k), 9. Orxan Əliyev, 10. Tərzin Cahangirov, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 17. Ramazan Abbasov, 77. Təvəkkül Məmmədov, 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 30. Tərlan Əhmədli, 3. Vurğun Hüseynov, 8. Ceyhun Cavadov, 11. Kiyan Sultanpur, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov, 23. Şəhriyar Xəlilov.
Baş məşqçi: Aqil Məmmədov.
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Gülağa Cabbarov.
“İnter Arena”. Saat 21.00.

Klub

O

Q

H/H

M

T/F

X

1

İnter

3

2

1

0

9:1

7

2

Simurq

2

2

0

0

4:0

6

3

Sumqayıt

3

2

0

1

5:5

6

4

Qəbələ

3

2

0

1

3:4

6

5

Araz N

2

1

0

1

3:1

3

6

Neftçi

2

1

0

1

1:3

3

7

Xəzər L

3

0

1

2

1:4

1

8

AZAL

2

0

1

1

1:3

1

9

Qarabağ

2

0

1

1

0:3

1

10

Bakı

2

0

0

2

0:3

0

 

Bombardirlər:

Mikel Alvaro (İnter) - 4. David Canelidze (Araz Naxçıvan), Rəşad Eyyubov (Simurq), Məhəmməd Qurbanov (Sumqayıt) - 2.


Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

12 May 2025
01:07

İspaniya La Liqası: "El klasiko"nu yenə "Barsa"qazandı, "Atletik"ə 1 qol bəs etdi

00:50

İtaliya A Seriyası: "Napoli" büdrədi, "İnter" faydalandı

00:24

Almaniya Bundesliqası: "Əczaçılar" evdə "arılar"a təslim oldular

00:06

İPL: “Çelsi" səfərdə, MY evdə uduzdu, "Liverpul" "Arsenal" ilə heç-heçə etdi

11 May 2025
23:45

Türkiyə Super Liqası: "Beşiktaş" İstanbulda coşdu

23:04

"Aralarında diqqətimi cəlb edənlər var, amma..." - Qurban Qurbanov

22:41

"Qarabağ" bizdən qat-qat üstün və istəkli idi" - Elmar Baxşıyev

22:34

"Zirə"nin əvəzidicilərindən darmadağın, "Neftçi-2" 90+5-də xilas oldu

22:09

Azərbaycan cüdoçuları Avropa Kubokunu 4 medalla başa vurdular

21:58

MPL: "Kəpəz" "Sumqayıt"ı, çempion "Araz-Naxçıvan"ı yendi

21:53

"Ardıcıl dördüncü qələbə..." - Hans-Diter Flik

21:19

"Unutmayaq ki, beş müdafiəçimiz zədəlidir" - Karlo Ançelotti

20:43

Azər Bağırov "Sumqayıt" üzərində qələbəni belə şərh etdi

20:22

Vaqif Cavadovdan rəhbərliyə sərt mesaj: "O zaman mənim işimə qiymət verin"

20:12

"Barselona" ardıcıl 4-cü dəfə "Real"ı yendi - Geridönüş zəfərə rəng qatdı

19:48

Azərbaycan yığması ikinci matçda böyük hesabla uduzdu

19:08

ABL: "Sabah" "Neftçi"yə qalib gəldi

18:51

Mbappe "Barselona"ya 2 qol vurdu, tarixi rekorda imza atdı

18:26

"Lill"in hücumçusu İtaliya klubuna keçir - Danışıqlar başladı

17:41

Bellingem əməliyyat olunacaq

17:26

Almaniyada elitanı tərk edəcək daha bir komanda bəlli oldu

16:54

Ançelottinin Braziliya millisindəki rekord maaşı da bilindi, irəli sürdüyü şərtlər də

16:11

"Sevilya"nın fanatları bazaya hücum çəkdilər

15:46

Azərbaycan parapauerliftinqçisi Dünya Kubokunda 2 qızıl medal qazandı

15:27

"İnter" 2 futbolçusu ilə vidalaşır - ADLAR

14:50

"Peşəkar inkişafıma ən çox kömək edən..." - Lionel Messi açıqladı

14:13

Emil oynadı, komandası səfərdə qazandı

13:44

Vüsaldan assist, komandası pley-offda, Coşqun isə...

13:24

Azərbaycan karateçilərindən dünya çempionatında 4 medal

12:55

"Qarabağ" 10 pillə irəlilədi, "Sabah" 26

12:21

"Barselona" zədəli oyunçularının sıraya döndüyünü açıqladı

11:59

Sörlotun etdiyini indiyədək bacaran olmamışdı - Tarixi rekord

11:26

"Bayern Münhen" Almaniya yığmasının üzvü ilə danışıqlara başladı

10:57

"Real" Fransa millisinin futbolçusunu alır - SON DURUM

10:22

ABL: Bu gün final seriyasında 5-ci oyun keçiriləcək

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

02:24

Liqa 1: PSJ 3 xalı 4 qolla qazandı

10 May 2025
23:11

İki komandanın Bundesliqanı tərk etməsi dəqiqləşdi

22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

Facebookdan bizi izləməyi unutmayın.
X