"Simurq"un heyətinə qatmaq istədiyi çex futbolçunun kimliyi müəyyənləşib. Fanat.az "İdman Azərbaycan" kanalına istinadən xəbər verir ki, Zaqatala klubu Lukaş Tresnakı transfer etmək istəyir.
Çex forvardın sabah ölkəmizə gəlməsi və məşqlərə başlaması gözlənilir. Onunla danışıqlardan sonra müqavilə bağlanacaq. Bu futbolçu komandanın Sloveniya toplanışında iştirak edib və yoxlama oyunlarında 2 qol vurub.
Qeyd edək ki, Tresnakın son iş yeri Çexiyanın "Yablonets" klubu olub. O, 2011-ci ildən çıxış etdiyi komandada 112 oyunda 14 qol vurub. 26 yaşlı forvard Praqa "Spartak"ının yetirməsidi.
Fanat.az