Kaxaber Tsxadadze "Sumqayıt"la oyunla (5:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "İnter"in baş məşqçisi komandasını təbrik edib:
"Komandamı təbrik edirəm. Bütün qollar gözəl alındı. Amma etiraf edim ki, topu saxlamaqda müəyyən problemlər var idi. Futbolçularla bu barədə danışmışam. Bunun üzərində çox çalışmaq lazımdı. Biz bu vərdişləri təkrarlamalıyıq. Qarşıda çox çətin oyunumuz var. "Xəzər Lənkəran"la matç çox ağır olacaq. Tez bərpa olunmalı və oyuna hazırlaşmalıyıq".
Fanat.az