00:05 25.08.2014 521

Ruslan Abışov daha çox qol vurmaq istəyir

Topaz Premyer Liqasının III turu “Qəbələ”nin mövsümdəki ilk səfər qələbəsi ilə əlamətdar olub. “Bakı” üzərində 2:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar”ın qarşılaşmadakı son qolunu komandanın vitse-kapitanı Ruslan Abışov vurub. “Qəbələ”də 5-ci rəsmi matçına çıxan futbolçu ilk dəfə rəqib qapısına yol tapıb. Bununla da o, “Qəbələ”nin heyətində qol sevinci yaşayan 88-ci futbolçu olub.

Fanat.az xəbər verir ki, Abışov “Bakı” ilə görüş haqda fikirlərini klubun rəsmi saytına açıqlayıb: “Hava isti olduğundan hər iki komandaya çətin idi. “Bakı”nın oyununa baxıb, yaxşı təhlil etmişdik. Rəqib gənclərdən təşkil olunub. Bizim üçün əsas olan nəticə idi. Qalib gəlməklə bunu da bacardıq. Birinci hissədə istədiyimizi tam həyata keçirə bilməsək də, fasilədən sonra təzyiqi artırıb, qələbə qazandıq”.

Dayaq yarımmüdafiəçisi olmasına baxmayaraq, Ruslan daha çox qol vurmaq arzusundadı: "Çox sevinirəm ki, “Qəbələ”də qol hesabımı açdım. Əvvəlki oyunlarda da topu rəqib qapısından keçirməyə çalışsam da, bu alınmırdı. “Bakı” ilə görüşdə də qol vurmaq üçün əlimdən gələni etdim. Amma bunu yalnız qarşılaşmanın sonralarında gerçəkləşdirə bildim. Sonda komanda yoldaşlarımın köməyi ilə bu qolu vurdum. Qarşıdakı matçlarda çalışacağam ki, daha çox qol vurmaqla “Qəbələ” azarkeşlərini sevindirim. Müdafiəçi, yarımmüdafiəçi və ya hücumçu olmağın heç bir fərqi yoxdu. Hər bir futbolçu çalışır ki, qol vursun. Bu sevinci yaşamaq çox xoşdu”.

Ruslan IV turun AZAL-la görüşündə ardıcıl qələbələrin sayını artırmaq iddiasında olduqlarını qeyd edib: “Qarşıdakı rəqibimiz AZAL olacaq. Əvvəlki matçlarda olduğu kimi yenə meydana qələbə üçün çıxacağıq. Son iki görüşdə qalib gəlmişik. Oyundan-oyuna daha yaxşı təsir bağışlayırıq. Ardıcıl 3-cü qələbəmizi qazanmaq istəyirik”

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

Facebookdan bizi izləməyi unutmayın.
X