Aqil Nəbiyev bu gün "Araz Naxçıvan"la rəsmi müqavilə imzalayacaq. Bu barədə Fanat.az-a məlumatı Muxtar Respuplika təmsilçisinin mətbuat katibi Ceyhun Məmmədov verib.
Artıq Naxçıvanda yeni komandası ilə birgə məşq edən təcrübəli müdafiəçi ilə 1 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Nəbiyev "Araz Naxçıvan"ın baş məşqçisi Əsgər Abdullayevə tanış simadır. Futbolçu təcrübəli mütəxəssisin rəhbərliyi altında AZAL-ın şərəfini qoruyub.
Fanat.az