“Simurq” “Xəzər Lənkəran”la oyunlardakı uğursuz seriyaya son qoyub. Fanat.az xəbər verir ki, Georgi Çixradzenin yetirmələri Topaz Premyer Liqasının III turunda rəqibini 2:0 hesabı ilə məğlub edib.
Bu, “Simurq”un Lənkəran təmsilçisi ilə ev oyunlarında ilk qələbəsi olub. İlk dəfə 2006-cı ildə “Xəzər Lənkəran”ı qəbul edən zaqatalalılar 9 ev oyununda qələbə qazana bilməmişdi. Onuncu cəhdi uğurlu olan “Simurq” öz meydanında keçirdiyi əvvəlki 9 dueldən 5-də heç-heçə etmiş, 4 dəfə uduzmuşdu.
pfl.az