AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri əvəzedicilərin çempionatının III turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
“Qəbələ” nin futbolçusu Şirməhəmməd Məmmədov "Bakı" ilə oyunun 33-cü dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. AFFA onu 2 oyunluq cəzalandırıb, klubu 1000 manat cərimə edib.
"Xəzər Lənkəran"la oyunun 52-ci dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan "Simurq"un futbolçusu Roini İsmayılovun cəzası 1 oyun olub. Klub 100 manat cərimlənib. Zaqatala klubu 4 futbolçusu sarı vərəqə aldığından əlavə 500 manat ödəyəcək.
Fanat.az