"Rəvan" heyətinə daha iki futbolçu qatıb. Fanat.az xəbər verir ki, paytaxt klubu Ravi Rəhmanov və Pərvin Paşayevlə müqavilə bağlayıb.
İki oyunçunu heyətinə qatan "Rəvan" transfer çalışmalarını davam etdirir. Hazırda düşərgədə daha bir neçə oyunçu var. Baş məşqçi Ramil Əliyev onları baxışdan keçirdikdən sonra qərar verəcək.
Qeyd edək ki, 28 yaşlı Ravi Rəhmanov yarımmüdafiəçidi. Son olaraq "Neftçala"da çıxış etmiş futbolçu əvvəllər "Ədliyyə", "Simurq", MOİK, "Muğan" və "Ağsu"nun formasını geyinib.
Pərvin Paşayevin də son iş yeri "Neftçala" olub. 26 yaşlı yarımmüdafiəçi Premyer Liqada "Muğan" və "Qəbələ"nin uğurları üçün çalışıb.
Fanat.az