Topaz Premyer Liqasında IV turunun oyun cədvəli açıqlanıb. Fanat.az xəbər verir ki, 5 qarşılaşma 3 gündə - 29-30-31 avqust tarixlərində keçiriləcək.
Tura avqustun 29-da saat 20.00-da başlayacaq "Xəzər Lənkəran" - "İnter" oyunu ilə start veriləcək. Bir gün
sonra baş tutacaq "Qəbələ" - AZAL oyunu saat 19.30, "Sumqayıt" - "Araz Naxçıvan" matçı 20.00-da başlayacaq.
Avropa Liqasındakı təmsilçilərimiz avqusutun 31-də meydana çıxacaq. "Neftçi"nin "Simurq"la oyununa saat 19.25-də, "Qarabağ"ın "Bakı" ilə matçına 20.30-da start veriləcək.
29 avqust
Xəzər Lənkəran - İnter
Lənkəran şəhər Mərkəzi Stadionu. Saat 20.00.
30 avqust
Qəbələ - AZAL
Qəbələ şəhər stadionu. Saat 19.30.
Sumqayıt - Araz Naxçıvan
“Kapital Bank Arena”. Saat 20.00.
31 avqust
Neftçi - Simurq
“Bakcell Arena”. Saat 19.25.
Qarabağ - Bakı
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20.30.
Fanat.az