"Bu mərhələdə asan rəqib olmur. "Partizan"la səfər görüşünə yaxşı başlasaq da, sonradan bəxt bizdən üz döndərdi". Fanat.az xəbər verir ki, bu sözləri "Partizan"la oyunla bağlı danışan "Neftçi"nin futbolçusu Julius Vobay deyib.
Klubun rəsmi saytına danışan afrikalı oyunçu minimal hesablı qələbənin onları qane etdiyini bildirib: "Serbiyada 2 qol vurmuşuq və bizi doğma stadionda minimal hesablı qələbə də qane edəcək. Komanda olaraq hamımız yalnız qələbə haqda düşünürük. Tarixi uğurumuzu təkrarlamaq və qrup mərhələsinə adlamaq istəyirik".
Vobay azarkeşlərdən dəstək istəyib: "İnanıram ki, burda böyük azarkeş dəstəyinin köməyi ilə məqsədimizə nail olacağıq. "12-ci oyunçu"nun gücünü sabah hiss etmək istəyirik".
Fanat.az